top of page

Gələcəyini Bizimlə Qur!

İnkişaf aşağıdakı düymədədir. 

90+

Cari Könüllü Sayı

10+

Məzun Könüllü Sayı

3+

Layihələr

Tərəfdaşlarımız

Son Xəbərlər

Gemini_Generated_Image_d8ok5id8ok5id8ok.jpg
"Gənc İntellektuallar"ın könüllüləri Bakı 12-ci Beynəlxalq Kitab Sərgisində!

"Gənc İntellektuallar" təşkilatının aktiv könüllüləri ölkəmizin ən böyük mədəniyyət hadisələrindən biri olan Bakı 12-ci Beynəlxalq Kitab Sərgisində fəal iştirak ediblər.

Sərgi müddətində gənclərimiz müxtəlif nəşriyyatların stendlərində könüllü kimi fəaliyyət göstərərək oxucuların qarşılanması, stendlərin təşkili və nəşrlərin təbliğində yaxından iştirak ediblər.

Bu təcrübə könüllülərimizin komanda işi, ünsiyyət və təşkilatçılıq bacarıqlarını artırmaqla yanaşı, mütaliə mədəniyyətinin inkişafına da öz töhfəsini verib. Əməyi keçən bütün gənclərimizə təşəkkür edirik!

100+ könüllü müraciəti postu.png
"Gənc İntellektuallar"a böyük maraq, 200+ könüllü müraciəti qeydə alınıb!

Bakı XII Beynəlxalq Kitab Sərgisində könüllü olaraq fəaliyyət göstərmək üçün müraciət edən 200-dən çox gəncimizin müraciəti cavablandırıldı!

Gənclərin mütaliəyə, kitab mədəniyyətinə və könüllülük hərəkatına göstərdiyi bu böyük maraq bizi son dərəcə qürurlandırır. Nəşriyyatlarda fəaliyyət göstərəcək bütün könüllülərimizə uğurlar arzulayırıq!

WhatsApp Image 2026-10-30 at 18.54.15.jpeg
YİO könüllüsünün fəaliyyəti əməkdaşlıq imkanına çevrildi!

Youth Intellectual Organization (YİO) tərəfindən könüllülük proqramı çərçivəsində Portuqa nəşriyyatına yönləndirilən Məryəm Şahbazova könüllü fəaliyyətini uğurla başa vuraraq nəşriyyatın əməkdaşları sırasına qoşulub.

YİO-nun əsas məqsədlərindən biri gənclərin praktiki təcrübə qazanmasına, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və əmək bazarına inteqrasiyasına dəstək olmaqdır. Bu istiqamətdə həyata keçirilən könüllülük proqramları gənclərə real iş mühiti ilə tanış olmaq, yeni bilik və bacarıqlar əldə etmək, həmçinin gələcək karyeraları üçün əlaqələr qurmaq imkanı yaradır.

Məryəm Şahbazovanın əldə etdiyi bu nəticə könüllülük fəaliyyətinin gənclərin peşəkar inkişafında oynadığı rolun nümunələrindən biridir.

YİO olaraq Məryəm Şahbazovanı təbrik edir, yeni fəaliyyətində uğurlar arzulayırıq.
 

bottom of page